Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar "Milli istiqlal şairi" adlı elmi konfrans keçirilib.

31.10.2022 tarixində məktəbimizin Kiçik Akademiyasının humanitar bölməsi tərəfindən görkəmli şairimiz Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar "Milli istiqlal şairi" adlı elmi konfrans keçirilib. KA prezidenti Kəmalə Əliyeva (əməkdar müəllim ) tədbiri açaraq böyük şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verib, KA üzvləri: Atakişizadə Məryəm (9a) "Göygölə məftun şair"; Həsənzadə Dəniz (9a) "Türkün böyük oğlu"; Cabbarlı Mirramil (9ç) "Azərbaycan Demokratik Cümhuriyyəti və Əhməd Cavad"; Ağayeva Səma (9ç) "Əhməd Cavadın əbədi sevdası-Şükriyyə Axundzadə"; Həsənli Səbinə (10a) "Yaradıcılığı vətənpərvərliklə yoğrulmuş Əhməd Cavad"; Behbudova Zəhra (10b) "Milli azadlıq carçısı"; Səfərova Nuray (10p) "İstiqlal nəğməkarı- Əhməd Cavad"; Mərdanlı Emin (11a) "Cümhuriyyət şairi" mövzusunda çıxış ediblər. Sonda məktəbin direktor əvəzi İradə Atakişiyeva çıxış edərək dərin məzmunlu çıxışlara görə KA üzvlərinə təşəkkürünü bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi