Kiçik Akademiyamızın vitse-prezidenti "Ən yaxşı təqdimat" müsabiqəsində qalib oldu.

Məktəbimizin 10p sinif şagirdi Şamiyeva Ləman Emin qızı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə 2021-2022-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənərək I dərəcəli diploma layiq görülmüşdür. Qeyd edək ki, məktəbimizin Kiçik Akademiyasının vitse-prezidenti olan Ləman Şamiyeva Təhsil işçilərinin sentyabr konftansında çıxış edərək məktəbimizi layiqincə təmsil etmişdir. Ləmanı ürəkdən təbrik edir, daha böyük uğurlara imza atmasını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi