"Oxu günü" ilə əlaqədar tədbir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Oxu günü" tədbirinin keçirilməsi barədə” 18.04.2022-ci il F-147 nömrəli əmrindən irəli gələn tələbləri həyata keçirmək məqsədilə 21.04.2022-ci il tarixində məktəbin Kiçik Akademiyası tərəfindən Xəzər Yazıçılar Birliyinin sədri Arif Buzovnalının şagirdlərlə görüşü təşkil edildi. Görüş zamanı “Qarabağ ədəbi mühiti” mövzusunda çıxışlar edildi, Qarabağ şairlərinin əsərlərinin bədii qiraəti və müzakirəsi keçirildi. Çıxış edənlər insanın bir şəxsiyyət kimi formalaşmasında, onun bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün inkişafında mütaliənin rolunu xüsusi vurğulayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi