"Xalqımızın mərasim sistemində Novruzun yeri" mövzusunda konfrans keçirilib.

Məktəbimizin KA -nın humanitar bölməsi tərəfindən "Xalqımızın mərasim sistemində Novruzun yeri" mövzusunda konfrans keçirilib. Məktəb KA-nın prezidenti - Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim ) "Novruz el bayramıdır", ingilis dili müəllimi Natəvan Musayeva "Nowruz Rituals" , şagirdlər: Atakişizadə Gülnar (11a) "Our National Holiday Nowruz"(ingilis dilində), Eminova Zəhra (9b) "Novruz- gözəllik, paklıq bayramı", Nəcəfova Fatimə (9c) "Novruz bayramının tarixi və qədim ənənələri ", Atakişizadə Məryəm (8a) "Türk xalqlarının ortaq Yeni Gün bayramı", Həsənzadə Dəniz (8a), "Novruz bayramı qədim Şərqdə", Qaraşlı Fatimə (8a) "Nowrus" (alman dilində), Abdullayeva Təhminə (7b) "Novruz çərşənbələri", Əliyeva Ləman (5b) "Традиции Новруза" (rus dilində) mövzusunda çıxış ediblər. Bayram əhval-ruhiyyəli bu tədbirdə bir daha vurğulanıb ki, daim dinc, sülhsevər, eyni zamanda mübariz və əzmkar olan xalqımıza böyük qələbələr, böyük bayramlar yaraşır
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi