"Ana dilimizə məhəbbətlə" adlı intellektual yarışma keçirilib.

21 Fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar məktəbin Kiçik Akademiyası tərəfindən “Ana dilimizə məhəbbətlə” adlı breyn-rinq keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin möhtəşəm sədaları altında açılıb. Məktəb Kiçik Akademiyasının prezidenti əməkdar müəllim Kəmalə Əliyeva münsiflər heyətini və breyn-rinq iştirakçılarını salamlayıb. “Zirvə”, “Ziya” , “Bilik”, “Birlik” “Dostluq”, “Zəka”, “Kamal”, “Zəfər” adlı 8 komandanın intellekt qüvvələrini sınadıqları bu yarışda dilimiz, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz ilə bağlı suallar səsləndirilib. Tədbirin gedişi zamanı Azərbaycanımızın azadlığı, dövlətimizin müstəqilliyi, torpaqlarımızın bölünməzliyi uğrunda qurban getmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Gərgin mübarizədən sonra “Birlik” komandası I yerə, “Zəka” komandası II yerə, “Ziya” komandası III yerə layiq görülüblər. Qalib komandalar fəxri fərmanla, yarışmanın qalibi olan “Birlik” komandası isə həm də kubokla mükafatlandırılıb. Məktəbin direktoru Könül Məmmədli qalibləri təbrik edərək onlara daha böyük uğurlar arzulayıb, ana Vətənimizə layiqli vətəndaşlar olmağı tövsiyə edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi