KA-nın 2021-2022-ci tədris ilinin I yarımildəki fəaliyyətinin yekunlarına həsr olunmuş konfransı keçirilib .

24.01.2022 tarixində məktəbimizin akt zalında məktəb Kiçik Akademiyasının 2021-2022-ci tədris ilinin I yarımilindəki fəaliyyətinin yekunlarına həsr olunmuş konfransı keçirilib. Konfransı giriş sözü ilə məktəbin direktoru Könül Məmmədli açıb. Sonra KA rəhbəri - əməkdar müəllim Kəmalə Əliyeva, humanitar bölmənin rəhbəri Zenfira Babayeva, texniki bölmənin rəhbəri Nüşabə Əliyeva çıxış edərək yarımil ərzində görülən işlər haqqında məlumat veriblər. Daha sonra KA üzvlərinin təqdimatları dinlənilib. Xp sinif şagirdi Ləman Şamiyeva "Qarabağın xanım şairləri", 8b sinif şagirdi Abbaslı Nəzrin "Şuşa bəyannaməsi" ( humanitar bölmə); 8a sinif şagirdi Hüseyn Fərzəliyev "Texnologiya əsrinin günəşi - Lütfi Zadə", 6b sinif şagirdi Borayev Tamerlan "Tinkercad ilə Akropol məbədinin hazırlanması" ( texniki bölmə); 10a sinif şagirdi Ağakişiyeva Fatimə "Qarabağın təbiəti", 8a sinif şagirdi Atakişizadə Məryəm "Azərbaycanın ekologiyası"(təbiət bölməsi); 8a sinif şagirdi Ələbbasova İlkanə "Qarabağ xalçaları", 7c sinif şagirdi Məhərrəmova Nigar "Azərbaycan muğamları" mövzusunda tədqiqat işlərini konfrans iştirakçılarına təqdim ediblər. Sonda məktəbimizin direktoru Könül müəllim KA rəhbərliyinin yarımillik fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayıb və təqdimatçılara gələcəkdə daha maraqlı və dolğun işlərə imza atmağı arzulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi