Dünya poeziyasının günəşi - Nizami Gəncəvi adlı tədbir keçirilib.

22.12.2021 tarixində məktəbimizin Kiçik Akademiyasının humanitar bölməsinin təşkilatçılığı ilə "Dünya poeziyasının günəşi - Nizami Gəncəvi" adlı tədbir keçirilib. Tədbirdə KA üzvləri Azərbaycan, rus, ingilis və alman dillərində dahi şairin həyat və yaradıcılığı haqqında məlumat veriblər, şairin əsərlərindən nümunələr ifa ediblər. Tədbirin sonunda çıxış edənlər: KA prezidenti Kəmalə Əliyeva, KA-nın humanitar bölməsinin rəhbəri Zenfira Babayeva, xarici dillər metodbirləşməsinin sədri Natəvan Musayeva, alman dili müəllimi Könül Əliyeva bütün yaradıcılığı boyu ümumbəşəri ideyalar təbliğ edən dahi Azərbaycan şairi Nizami Gəncəviyə hörmət və məhəbbətdən qaynaqlanan bu tədbir üçün şagirdlərə və onların üzərində əməyi olan müəllimlərə təşəkkür etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi