Xəzər rayonu Kiçik Akademiya mərkəzinin yekun konfransı keçirilib

30 iyun 2021-ci il tarixdə Xəzər rayonu "Kiçik Akademiya" mərkəzinin 2020-2021-ci tədris ilindəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirilib . Mərkəz məktəb kimi E.Əliyev adına 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli konfransı açıq elan edərək iştirakçıları salamlayıb. Xəzər rayonu "Kiçik Akademiya" mərkəzinin prezidenti Kəmalə Əliyeva 2020-2021-ci tədris ilində KA mərkəzinin gördüyü işlər haqqında hesabat verib, 2021-ci ilin I yarımilinin yekunları və II yarımildə qarşıda duran vəzifələr barədə çıxış edib. Sonra 234 nömrəli tam orta məktəbin IXc sinif şagirdi Şamiyeva Ləmanın "Nizami yaradıcılığında əməkçi insan surətləri" , 121 nömrəli tam orta məktəbin şagirdləri Nəcəfzadə Həsənəli (X sinif) və Məlikzadə Həqiqətin "Lütfi Zadə ziyası", 216 nömrəli tam orta məktəbin VII sinif şagirdi Isayev Davudun dünyada uşaqların taleyi, pozulmuş hüquqları haqqında "Günahsız qurbanlar", 234 nömrəli tam orta məktəbin IXa sinif şagirdi Ağakişiyeva Fatimənin Qarabağın coğrafiyası və təbiəti haqqında "Cənnətim Qarabağ" adlı araşdırmalarının təqdimatı nümayiş etdirilib. Hesabat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri üzrə sektorunun baş məsləhətçisi Sevinc Əzimova, məsləhətçisi Şahanə Bağırova, Xəzər rayonu ümumtəhsil məktəblərinin direktorları, KA prezidentləri və vitse-prezidentləri iştirak ediblər. Müxtəlif məktəblərin KA prezidentləri çıxış edərək mərkəzin onların fəaliyyətini düzgün istiqamətləndirməsindən danışıb, təklif və suallarını səsləndiriblər. Sevinc Əzimova çıxış edərək müəllimləri maraqlandıran bir neçə məsələyə aydınlıq gətirib. Çıxış edən məktəb direktorları və müəllimlər gənc istedadların aşkara çıxarılması, onların bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsi kimi gözəl amala xidmət edən "Kiçik Akademiya"lara bu çətin və şərəfli işlərində uğurlar arzulayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi