ADPU-nun 100 illiyinə həsr olunmuş elmi konfrans

Məktəbimizin "Kiçik Akademiya"sının təşkilatçılığı ilə ADPU-nun 100 illiyi ilə əlaqədar elmi konfrans keçirilib. Konfransda ADPU-nun görkəmli müəllimləri: pedaqogika elmləri üzrə fəlsəfə doktorları Balıyev Adil Həsən oğlu və Abdullayeva Mahirə Movlud qızı, məktəbin rəhbərliyi, KA-nın idarə heyəti, müəllim və şagirdlər iştirak ediblər . Məktəbin direktoru Könül Məmmədli konfransı açıq elan edərək qonaqları salamlayıb. KA-nın prezidenti Kəmalə Əliyeva tədbirin məqsəd və məramını açıqladıqdan sonra məktəbin ADPU məzunları olan müəllimlərinin iştirakı ilə hazırlanmış videoçarx nümayiş etdirilib. Daha sonra KA üzvləri -X a sinif şagirdləri Aytac və Gövhər Kamallı bacılarının ADPU ilə bağlı araşdırmalarını əks etdirən videotəqdimat nümayiş olunub. Qonaqların və müəllimlərin ADPU, təhsilimiz, tələbəlik illəri, müəllimlik peşəsi haqqında söhbətləri əyani görüşmək, daha möhtəşəm tədbir keçirmək arzusu ilə tamamlandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi