Texnologiya əsrinin günəşi adlı elmi konfrans keçirilib

"Kiçik Akademiya"nın texniki bölməsinin təşkilatçılığı ilə dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyi münasibətilə ilən "Texnologiya əsrinin günəşi" adlı elmi konfrans keçirilib. Konfransda texniki bölmənin rəhbəri Nüşabə Əliyeva, riyaziyyat-informatika müəllimləri Nailə Haclzadə, Iradə Atakişiyeva çıxış edərək "XXI əsrin əsas inkişaf fəlsəfəsi bilikdir. Kim biliyə sahib olacaqsa, o daha güclü olacaq. Gücü olan isə hər zaman qalibdir", - böyük alimin dünya elminə töhfələri haqqında ətraflı məlumat veriblər. Şagird Elmi Cəmiyyətinin prezidenti Əkrəm Məlikov, üzvləri Nigar Atakişizadə, Rüstəm Əliyev və Rəsul Şərifovun bu görkəmli elm xadiminin həyat və fəaliyyəti, fundamental nəzəriyyələri haqqında təqdimatları dinlənilib. "Kiçik Akademiya"nın prezidenti Kəmalə Əliyeva və vitse-prezidenti Cəlalə Məhərrəmova çıxış edərək bütün konfrans iştirakçılarına təşəkkür ediblər, dünya ədəbiyyatına Nizami Gəncəvi kimi dahi şair, Lütfi Zadə kimi dahi alim bəxş edən bir xalqın nümayəndəsi olduqları ilə fəxr etdiklərini vurğulayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi