Cənnətim Qarabağ adlı videotəqdimat müsabiqəsi keçirilib

Məktəbimizin “Kiçik Akademiya”sının təbiət bölməsinin rəhbəri Şəhla Cəbiyevanın təşkilatçılığı ilə VII-IX sinif şagirdləri arasında “Cənnətim Qarabağ” adlı videotəqdimat müsabiqəsi keçirilib. Müsabiqəyə təqdim olunmuş onlarla iş “Kiçik Akademiya”nın müəllim heyəti tərəfindən dinlənilib, qalib işlər müəyyənləşdirilib: I yer –Ağakişiyeva Fatimə – IXa II yer–Atakişizadə Məryəm – VIIa III yer – 1. Həsənova Lalə – VIIb 2. IXa sinif şagirdlərinin birgə layihəsi Qaliblər öz işlərini onlayn tədbir iştirakçılarına təqdim ediblər. Təqdimatçıların Qarabağın coğrafiyası, iqlimi, relyefi, təbiəti, fauna və florası haqqında rəngarəng videomateriallarla müşayiət olunan ətraflı məlumatları doğma torpağımıza, cənnət Qarabağa, canımız Azərbaycana böyük məhəbbətdən xəbər verirdi. Tədbirdə çıxış edənlər: KA-nın prezidenti Kəmalə Əliyeva, vitse-prezidenti Cəlalə Məhərrəmova, təbiət bölməsinin rəhbəri Şəhla Cəbiyeva, kimya müəllimi Reyhan Atakişiyeva uşaqlara dolğun məzmunlu və gözəl tərtibatlı bu işlər üçün təşəkkür etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi