Səlis düşün adlı məntiq yarışması keçirilib

Böyük alim Lütfi Zadənin 100 illik yubileyi ilə əlaqədar məktəbimizin "Kiçik Akademiya"sının texniki bölməsi "Səlis düşün" adlı onlayn məntiq yarışması keçirib. "Kiçik Akademiyanın prezidenti Kəmalə Əliyeva şagirdləri salamlayaraq onlara uğurlar arzulayıb. KA-nın texniki bölməsinin rəhbəri Nüşabə Əliyeva görkəmli alim, misilsiz düha sahibi Lütfi Zadənin həyatı, fəaliyyəti, dünya elminə töhfələri olan nəzəriyyələri, bu nəzəriyyələrdən faydalanan məşhur şirkətlər haqqında məlumat verib. Şagirdlər bir saat ərzində Microsoft Teams platforması üzərindən onlara göndərilmiş suallara cavab veriblər. Qaliblər topladıqları bala əsasən belə müəyyənləşidirilib: I yer 1. Fərzəliyev Hüseyn - 7a - 97 bal 2. Əhmədov Ənvər - 5a - 97 bal II yer - Abbaslı Hüseyn - 5a - 87 bal III - Atakişizadə Məryəm - 7a - 73 bal
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi