Nizami Gəncəvi yaradıcılığının tədqiqi ilə bağlı "Ən yaxşı referat" müsabiqəsi keçirilib

Məktəbimizdə "Kiçik Akademiya"nın fəaliyyət planına əsasən , may ayının iki həftəsi ərzində VIII - XI sinif şagirdləri arasında Nizami Gəncəvi yaradıcılığının tədqiqi ilə bağlı "Ən yaxşı referat" müsabiqəsi keçirilmişdir. Şagirdlərin seçdikləri mövzuda yazdıqları referat işləri Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən yoxlanılıb, qalib şagirdlər müəyyənləşib. Bu gün "Kiçik Akademiya"nın humanitar bölməsinin təşlilatçılığı ilə qalib işlərin təqdimatı keçirilib. Təqdirəlayiq haldır ki , onlayn şəkildə keçirilən təqdimat mərasimində KA-nın bütün bölmələrinin rəhbərləri, Şagird Elmi Cəmiyyətinin üzvləri ilə yanaşı, Nizami yaradıcılığına maraq göstərən VII-XI sinif şagirdləri iştirak ediblər. Tədbirin sonunda KA-nın prezidenti Kəmalə Əliyeva, bütün bölmə rəhbərləri və müəllimlər çıxış edərək gözəl, rəvan nitqləri, məzmunlu təqdimatları üçün qalib şagirdlərə və onların üzərində əməyi olan müəllimlərə təşəkkür edib, bu kiçik tədbiri dahi Nizamiyə böyük hörmət və məhəbbətin ifadəsi kimi dəyərləndiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi