Beynəlxalq Ailə Günü ilə əlaqədar intellektual yarış keçirildi

15 May- Beynəlxalq Ailə Günü münasibəti ilə məktəbin direktoru Könül Məmmədlinin təşəbbüsü, məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın təşkilatçılığı ilə 6 və 7-ci sinif şagirdlərinin ailələri arasında intellektual yarışma keçirilib. Yarışda 15 ailə iştirak edib. Yarışın keçirilməsində məqsəd ailə üzvləri arasında birlik, həmrəylik nümayiş etdirmək, hər bir uğurlu uşağın arxasında ona dayaq olan bir valideynin olduğunu göstərmək, hər bir kiçik ailənin əslində böyük 234 ailəsinin bir parçası olduğunu bir daha sübut etmək idi. 20 sualdan ibarət yarışda gərgin mübarizədən sonra ilk iki ailənin xalı (16xal) bərabər olduğu üçün əlavə sual verilərək qaliblər müəyyən olundu: I yerə Fərzəliyevlər ailəsi , II yerə Əmkişiyevlər ailəsi , III yerə Məmmədlilər ailəsi layiq görüldülər. Tədbirin sonunda çıxış edənlər: KA-nın prezidenti Kəmalə Əliyeva, vitse-prezidenti Cəlalə Məhərrəmova, bu gözəl yarışın aparıcısı Rəşad Rəhimov , eləcə də iştirakçı ailələrin nümayəndələri vurğuladılar ki, bu yarış ailənin necə böyük bir sərvət, necə möhtəşəm bir qala olduğunu, zəfərə, uğura gedən yolda ailənin dəstəyinin nə qədər önəmli olduğunu bir daha göstərdi. Məktəbin direktoru Könül Məmmədli tədbirə yekun vuraraq bildirdi ki, bu yarışda iştirak edən hər bir ailə qalibdir, çünki hər bir ailə sonadək əzmlə mübarizə apardı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi