Xəzər rayonu Kiçik Akademiya Mərkəzinin ilk iclası keçirildi

Xəzər rayonu Kiçik Akademiya mərkəzinin ilk iclası keçirildi. Şura üzvlərinə "Ümumtəhsil məktəblərində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair" Bakı Şəhəri üzrə Təhsil Idarəsinin 30.04.2021 tarixli F-103 nömrəli əmri haqqında məlumat verildi. E.Əliyev adına 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli qeyd etdi ki, bu əmrə əsasən, məktəbimiz Xəzər rayonunda "Kiçik Akademiya" üzrə mərkəz təyin olunub, bu, Xəzər rayonu məktəblərinə öz işlərini sıx əməkdaşlıq şəraitində qurmaq və inkişaf etdirmək imkanı yaradacaq. Sonra Xəzər rayonu KA mərkəzinın prezidenti Kəmalə Əliyeva çıxış edərək mərkəzə daxil olan 30 məktəbdən səkkizində KA-nın yenicə yarandığını, qalan məktəblərin isə bu sahədə müəyyən bilik və təcrübəyə malik olduqlarını qeyd etdi, KA ilə bağlı "Əsasnamə" haqqında məlumat verərək bildirdi ki, bunun əsasında hər bir məktəbdə KA nizamnaməsi, struktur layihəsi tərtib edilməli, akademiyanın fəaliyyət planı hazırlanmalı, KA-nın orqanı kimi "Intellekt" adlı divar qəzeti buraxılmalıdır. Nümunə olaraq öz məktəblərinin sənədlərini, eləcə də loqotipini, üzvlük vəsiqəsini nümayiş etdirən Kəmalə Əliyeva bu işə hər bir məktəbin yaradıcı, kreativ yanaşmasının zəruruliyini vurğuladı. Sonra müxtəlif məktəblərdə KA-nın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi