Məktəb Kiçik Akademiyasının növbəti iclası keçirilib

Məktəbin Kiçik Akademiyasının bugünkü iclasında KA prezidenti Kəmalə Əliyeva şura üzvlərini "Ümumtəhsil məktəblərində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair" Bakı Şəhəri üzrə Təhsil Idarəsinin 30.04.2021 tarixli F-103 nömrəli əmri ilə tanış edib. O, bu əmrə əsasən, məktəbimizin Xəzər rayonunda "Kiçik Akademiya" üzrə mərkəz təyin olunması haqqında məlumat verərək bu istiqamətdə səyləri daha da artırmaq, yeni-yeni layihələrə imza atmaq üçün daha çox çalışmaq lazım olduğunu vurğulayıb. Məktəbin direktoru Könül Məmmədli şura üzvlərinə tövsiyələrini verib, gələcək işlərdə uğurlar arzulayıb. Sonra şura üzvləri may-iyun ayları üçün təsdiq edilmiş fəaliyyət planına əsasən görüləcək işləri müzakirə ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi