“Xocalı qan yaddaşımızdır” mövzusunda inşa yazı müsabiqəsi keçirildi

Məktəbin fəaliyyət pllanına uyğun olaraq məktəbdə Xocalı faciəsinin 27 – ci ildönümü ilə bağlı olaraq “Xocalı qan yaddaşımızdır” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.  Qarabağ müharibəsinin ən dəhşətli və faciəli hadisəsi Xocalı şəhərinin işğalı oldu. Erməni yaraqlıları Rus hərbi texnikasının köməyi ilə şəhərə daxil oldular. Amansız düşmən nə uşağa, nə də böyüyə rəhm etmədi. Yüzlərlə insan öldürüldü, yaralandı, itkin düşdü. Balaca rəssamlar Xocallıda törədilən faciəni, bu faciəni törədən mənfur düşmənlərə qarşı qəzəblərini kağızın üzərinə köçürdülər. Şagirdlərdən: Aysel, Nilay, Fatimə, Namiq, Tamilla,  Səbinə, Aidə fərqləndilər. Fərqlənən şagirdlər məktəbin fəxri fərmanıilə təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi