Sertifikatlaşdırma prosesinə start verilib

       18 iyun tarixindən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.Sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

         Bildiyiniz kimi sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması prosedurunu tənzimləməkdən ibarətdir.

        18 iyun 2025-ci il tarixində məktəbimiz üzrə  riyaziyyat fənni üzrə Fərəcova Lalə Şakir qızı, rus dili fənni üzrə Abdullayeva Nazilə Nizamiyevna qızı  yüksək nəticə göstərərək   uğur qazanmışdır.İmtahandan uğurla keçən müəllimlərimiz digər fənn müəllimlərində yüksək motivasiya yaratmışdır.

       Sertifikatlaşdırmada iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi