Növbəti pedaqoji şura keçirildi

2024–2025-ci tədris ilinin sonunda ümumtəhsil məktəblərində ənənəvi olaraq təşkil olunan “Son zəng” tədbiri ilə bağlı aidiyyəti dövlət qurumlarının tələbləri və Elm və Təhsil Nazirliyinin müvafiq təlimatlarının  pedaqoji heyətə çatdırılması məqsədilə növbəti pedaqoji şura iclası keçirildi.

İclas zamanı aşağıdakı məsələlər müzakirə olunmuş və kollektivin nəzərinə çatdırılmışdır:

1. “Son zəng” tədbirinin yalnız məktəbin ərazisində və müəyyən olunmuş tarixdə keçirilməsi;
2. Tədbirin ssenarisinin və məzmununun pedaqoji-əxlaqi normalara uyğun tərtib olunması;
3. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə məktəbin daxili nizam-intizam qaydalarına riayət olunması;
4. Şagirdlərin, müəllimlərin və valideynlərin məsuliyyətli davranışının təmin olunması;
5. Tədbirdə qadağan olunmuş vasitələrdən (qeyd: pirotexniki vasitələr, spirtli içkilər və s.) istifadə edilməməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması;
6. Son zəng günü üçün nəzarətçi heyətin müəyyən olunması və tədbirə nəzarət planının hazırlanması.

Pedaqoji şura iclasında məktəbin rəhbərliyi tərəfindən müəllimlərə müvafiq tövsiyələr verilmiş, hər bir sinif rəhbərinə şagird və valideynlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılmışdır.

İclas sonda yekdilliklə qərara alınıb ki, “Son zəng” tədbiri mövcud təlimatlara əsasən təhlükəsiz, səmərəli və yaddaqalan şəkildə təşkil olunsun.

Tədbirdə məktəbin direktoru Günel Fətəliyeva, Təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova, Təşkilatçı müavin İsrafil Hüseynov, UBR Mədinə İskəndərova, Təsərrüfat işləri üzrə direktor müavini Tutuxanım Kərimova, psixoloq Ləman Mehtiyeva, kitabxana müdiri Aytən Məmmədova və sinif rəhbərləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi