9-cu sinif şagirdlərinin valideynləri ilə peşəyönümlü söhbət aparıldı

Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialından daxil olmuş 06.02.2025-ci il tarixli, 3-29-59/1-246/25 nömrəli məktuba əsasən, müxtəlif sahələrə yiyələnməklə bağlı 9-cu sinif şagirdlərinin valideynləri ilə peşəyönümlü söhbət aparıldı.
Valideyn iclasının keçirilməsində əsas məqsəd təhsilalanların peşə və ixtisas seçiminə, həmçinin gələcək karyera planlamasına dəstək göstərmək, valideynləri bu sahədə məlumatlandırmaq və onların bu prosesdə fəal iştirakını təmin etmək olmuşdur. İclas zamanı aşağıdakı məsələlər müzakirə olunmuşdur:
Peşəyönümü məsləhət xidmətlərinin əhəmiyyəti
Şagirdlərin maraq və meyllərinin düzgün istiqamətləndirilməsi
Müasir əmək bazarının tələbləri barədə məlumat
Dövlət Məşğulluq Agentliyinin bu istiqamətdə təklif etdiyi xidmətlər
Valideynlərlə qarşılıqlı fikir mübadiləsi aparılmış, onların təklif və sualları dinlənmişdir. İclas sonda müsbət qiymətləndirilmiş, valideynlər bu cür maarifləndirici tədbirlərin davamlı olmasını arzulamışlar.
Tədbirdə məktəbin direktoru Günel Fətəliyeva, sinif rəhbəri Arzu Quliyeva, fənn müəllimləri iştira etdilər.