Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü

Məktəbin fəaliyyət planına uyğun olaraq 2"A" sinfində Azərbaycan dili fənnindən "Ətraf Mühitin Mühafizəsi Günü" dərsi keçirildi. Sinif müəllimi Orucəliyeva Leyla şagirdlərə 5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı ətraflı məlumat verdi. Yer kürəsi bütün insanların evidir. Təəsüf ki, bəzən insanlar bu evə laqeyd yanaşırlar: ətraflı çirkləndirir, ağacları kəsir, canlıları məhv edirlər. Şagirdlər ilk öncə təbiəti qorumaqla bağlı tədbirlər planı hazırladılar. Sinifdə " Təbiəti sevənlər" komandası yaradıldı. Hazırlanan tədbirlər planına uyğun olaraq şagirdlər müxtəlif şüarları əks etdirən plakatlar düzəltdilər və digər sinifləri 1"A" və 3"B" siniflərinin şagirdlərini də məlumatlandırdılar. Plakatlar məktəb daxilində və məktəbyanı sahədə yerləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi