1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bayram tədbiri keçirildi

1 iyun 2025-ci il tarixində 232 nömrəli məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunmuşdur. Tədbirin əsas məqsədi uşaqların hüquqlarının qorunmasına, onların mənəvi inkişafına dəstək göstərmək və əyləncəli mühit yaratmaq olmuşdur.
Tədbir məktəbin həyətində keçirildi və şagirdlər, müəllimlər, valideynlər və qonaqlar iştirak etdilər. Tədbirə xüsusi olaraq “Panda şou” dəvət olunmuşdu. Panda obrazında çıxış edən animatorlar uşaqlarla birgə müxtəlif oyunlar keçirdi, əyləncəli nömrələr təqdim etdilər.
Məktəbin ibtidai sinif şagirdləri öz hazırladıqları rəqs nömrələri və şeir-kompozisiyaları ilə çıxış etdilər. Həmçinin şagirdlər tərəfindən musiqili səhnəciklər nümayiş olundu. Tədbir ərzində məktəb rəhbərliyi uşaqları təbrik edərək onların cəmiyyətin gələcəyi olduğunu vurğuladı.
Tədbir uşaqların sevinci və xoş əhval-ruhiyyəsi ilə yekunlaşdı. Bu cür tədbirlər uşaqların sosial fəallığının artırılmasına, məktəb həyatına müsbət təsir göstərməsinə və onların yaddaşında unudulmaz iz buraxmasına şərait yaradır.