"Mübariz-Mübarizlik simvoludur" adlı tədbir keçirildi

Bu gün məktəbimizin 7a sinif şagirdləri əlçatmaz əfsanəni xatırladan, əslində əsil qəhrəmanlıq, mübarizlik simvolu olan şəhid Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününü qeyd etmək üçün "Mübariz-Mübarizlik simvoludur" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Məhluqə Əzizova, tərbiyə işləri üzrə direktor müavini Orucəliyev Səfa, tarix müəllimi Zərxanım Zülfüqarova, riyaziyyat müəllimi Günel İsmayılova, valideynlər şagirdlər iştirak edirdi. Tədbirin keçirilməsində məqsəd şagirdlərə Vətən sevgisini, torpaq sevgisini artırmaq, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissini aşılamaqdır. Mübariz İbrahimovun keçdiyi şərəfli ömür yolu - 22 il gələcək nəsillərə nümunədir. 7A sinif şagirdləri: Sənanə, Vüsal, Aidə, Türkanə, Aysel, İbrahim, Hacı, Elmir, Lamiyə, Eltac, Samid kompozisiya, kiçik səhnə və mahnı ilə Mübariz İbrahimova olan sevgisini nümayiş etdirdilər. Tədbirin keçirilməsində UBR Mədinə İsgəndərova və sinif rəhbəri Vüsalə Məmmədovanın da zəhməti vardır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi