Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə rəsm müsabiqəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə məktəbimizdə yadda qalan tədbirlərdən biri də asfalt üstündə keçirilən siniflərarası güllərdən ibarət rəsm müsabiqəsi oldu. Tədbir məktəbin təsviri incəsənət müəllimi Ruhəngiz Hüseynovanın rəhbərliyi ilə təşkil olundu.
Müsabiqənin əsas məqsədi Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun həyat və fəaliyyətini şagirdlərə daha yaxından tanıtmaqla yanaşı, uşaqlarda estetik zövqü, yaradıcılıq qabiliyyətlərini və komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmək idi.
Müsabiqə zamanı hər sinifdən seçilmiş şagirdlər komanda halında asfalt üzərində təbii güllərdən istifadə etməklə rəngarəng və məna dolu rəsmlər ərsəyə gətirdilər. Güllərlə yaradılmış əsərlərdə həm Heydər Əliyevin şəxsiyyəti, həm də Azərbaycan xalqına və dövlətinə verdiyi əvəzsiz xidmətlər rəmzi formada əks etdirildi.
Bu cür tədbirlər şagirdlər arasında həmrəylik, vətənpərvərlik və milli dəyərlərə bağlılıq hisslərinin formalaşmasında mühüm rol oynayır.