Dərsdinləmə

Günü xoş ümidlə, isti sevgi ilə quraq!
Yeni günə, yeni arzu-gümanla başlayaq!
29 aprel Beynəlxalq arzu günüdür. Bu münasibətlə 3 "C" sinif rəhbəri Tağıyeva Samirə sosial yönümlü layihə - müzakirə keçirtdi. Şagirdlər bu günün yaranma tarixçəsi ilə tanış oldular. Yaxşılıq et- bir arzu gerçəkləşdir adlı stendimizdə hərə bir diləyi gerçəkləşdirmək payı ilə ayrıldı. Həmçinin arzu ağacından öz arzularını asdılar. Diləklərin gerçək olması ümidi ilə...