“Böyük liderə layiq zəka” adlı sinifdaxili yarış keçirildi

Məktəbin riyaziyyat müəllimi Günel İsmayılova tərəfindən 5"b" sinfində ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş sinifdaxili riyaziyyat yarışı təşkil olunmuşdur. Yarışın əsas məqsədi şagirdlərdə Heydər Əliyevin irsinə hörmət hissinin aşılanması və eyni zamanda onların riyazi bilik və bacarıqlarının inkişaf etdirilməsi olmuşdur. Şagirdlər müxtəlif maraqlı suallarla yarışda fəal iştirak etmişlər. Tədbir yüksək əhval-ruhiyyə və fəallıqla keçirilmişdir.