"Sönməz, əbədidir H.Əliyev " mövzusunda inşa yazı müsabiqəsi keçirildi.

   Məktəbimizdə ulu öndər, ümummilli lider  H.Əliyevin doğum günü ərəfəsində 8-ci sinif şagirdləri arasında "Sönməz ,əbədidir H.Əliyev " mövzusunda inşa yazı müsabiqəsi keçirildi.

      İnşa yazı müsabiqəsinin keçirilməsində əsas məqsəd gənc nəsli Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda, Onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyə etmək, onun irsinin dövlətçilik, azərbaycançılıq, bəşəri konsepsiyasını,idarəçiliyini öyrənmək, öyrətmək təbliğ etmək, bu ideyalardan faydalanmaq, həyatımızda istifadə etməkdir.

      İnşa yazı müsabiqəsi üçün öncədən UBR Mədinə İsgəndərova və məktəbin  ədəbiyyat müəllimi Kəminə Zalova tərəfindən xüsusi yazı bacarığı olan şagirdlər seçilmişdi .Məktəbin müşavirə otağına verilən vaxt ərzində şagirdlər inşa yazını tamamladıla. Ədəbiyyat müəllimlərindən ibarət yoxlama komissiyası tərəfindən yoxlanılacaq yazılardan meyarlara uyğun olanların mükafatlandırılacağı bildirildi .Qaliblərin H.Əliyevin həyat və fəaliyyətinə həsr olunan ümumməktəb tədbirində təltif olunacağı qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi