Tarixin Səsi - Heydər Əliyev

     UBR Mədinə İskəndərovanın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Tarixin səsi – Heydər Əliyev” adlı tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı.

Daha sonra məktəbin direktoru Günel Fətəliyeva çıxış edərək, Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışdı. O, qeyd etdi ki, Heydər Əliyev milli dövlətçiliyimizin banisi, uzaqgörən siyasi xadim kimi daim qürurla xatırlanır və onun ideyaları bu gün də ölkəmizin inkişafına istiqamət verir.

Tədbir çərçivəsində şagirdlər tərəfindən Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, şeirlər və mahnılar təqdim edildi. Videoçarx vasitəsilə Heydər Əliyevin həyatından maraqlı məqamlar nümayiş olundu. Həmçinin tədbir iştirakçıları üçün kiçik sərgi də təşkil olunmuşdu, burada Heydər Əliyevin portretləri, haqqında yazılmış kitablar və tarixi fotoşəkillər yer alırdı.

     Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Bu kimi tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, tarixi şəxsiyyətlərin daha dərindən tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi