6-cı siniflər üzrə monitorinq keçirildi

6-cı siniflər üzrə Azərbaycan dili, riyaziyyat və təbiət fənlərindən monitorinq imtahanı keçirildi. Bu dəfə qiymətləndirmə prosesi müasir texnologiyalardan istifadə olunaraq kompüter vasitəsilə həyata keçirildi. Şagirdlər suallara fərdi şəkildə elektron formatda cavab verdilər. Bu yanaşma həm qiymətləndirmənin dəqiqliyini artırdı, həm də şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına töhfə verdi.