Röya Hacıyeva Elxan
Hacıyeva Röya Elxan qızı 1999-cu ildə anadan olub. Hal-hazırda 3- ildir Taekvando idman növü ilə məşğul olur. Bu zaman ərzində çoxlu sayda uğurları olub. 4 dəfə Azərbaycan Milli komandasına düşüb. Hal-hazırda gənclərdən ibarət milli komandadadır. İlk yarışı Lənkaranda keçirilib. Bu yarışda III yerə layiq görülüb. Bu yarışdan sonra yeniyetmələrin Respublika birinciliyində III yeri tutub . Şağan MOK-da keçirilən yarışda II yerə layiq görülüb. Daha sonra isə İranın Tehran şəhərində keçirilən yarışda I yeri tutub .Azərbaycanda keçirilən gənclərin Azərbaycan çempionatında II yerə layiq görülüb.Gənclərdən ibarət milli komandaya cəlb edilib, Daha sonra isə Türkiyənin Ankara şəhərində olan yoldaşlıq görüşündə I yerə layiq görülüb. Həmin yarışdan sonra Türkiyənin Kırıkkala şəhərində keçirilən yarışda bir daha I yeri tutub .Bu yarışdan sonra Azərbaycanda olan Gənclərin Azərbaycan birinciliyində bir daha I yerə layiq görülüb və milli komandanın tərkibinə cəlb edilib. Hal-hazırda milli komandanın tərkibindədir.
Qulam Saxaq Məhəmməd Nəsrətullah
Məktəbimizin 10A sinif şagirdi "Bakı 2015" İlk Avropa Oyunlarının təşkili və keçrilməsində iştirakına görə Qulam Saxaq Məhəmməd sertifikatla təltif olunur.