Şagirdimiz sərbəst güləş üzrə əldə etdiyi uğurlara görə fərqlənir

   Məktəbimizin 6ç sinif şagirdi Cəfərquluyev Elvin sərbəst güləş üzrə əldə etdiyi nailiyyətlərə görə fərqlənir. O, 28 May Respublika Gününə həsr olunmuş Xəzər rayon açıq birinciliyində 1-ci yerə, Fövqaladə Hallar Nazirliyinin açıq birinciliyində 1-ci yerə, yeniyetmələr arasında "Arpaçay" açıq birinciliyində 1-ci yerə, Silahlı Qüvvələr Gününə həsr olunmuş turnirdə 1-ci yerə, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr edilmiş kütləvi idman tədbirində 3-cü yerə, "İdman zərərli vərdişlərə qarşı güclü mübarizə vasitəsidir" adlı açıq rayon birinciliyində 2-ci yerə, Şamaxı rayon Uşaq Gənclər İdman Məktəbinin yeniyetmələr arasında keçirilən açıq birinciliyində 3-cü yerə, Qobustan şəhəri Uşaq Gənclər İdman Məktəbinin açıq birinciliyində 3-cü yerə layiq görülmüşdür.
   Şagirdimizi əldə etdiyi bu uğurlara görə təbrik edir və yeni-yeni nailiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi