2024-2025-ci TƏDRİS İLİ ÜZRƏ İLK PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB

 

Sentyabrın 13-də 2024-2025-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirildi. İclasda gündəlikdə duran məsələlər müzakirə olundu, yeni tədris ilində qarşıya qoyulan hədəflər müəyyənləşdirildi. Həmçinin məktəbə yeni təyin olunmuş müəllimlər pedaqoji heyətə təqdim olundu. 65 yaşı tamam olmuş müəllimələrimizin- Ağayeva Safura, Fərzəliyeva Qıztamam,  Həsənova Sevil  müəllimənin əmək fəaliyyətinin sona çatması ilə əlaqədar olaraq onlara məktəbdəki fəalliyyətləri dönəmində çəkdikləri əziyyətə görə təşəkkür edilmiş, pedaqoji heyət tərəfindən gül dəstələri təqdim edilmiş, hədiyyələrlə və xoş sözlərlə yola salınmışlar. Sonda isə xatirə şəkli çəkilmişdir.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Mekteb230 #Müəllim #Şagird #PedaqojiŞura

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi