"Bilik günü" tədbiri keçirilib

15.09.2025-ci il tarixində   Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Vətənimizin azadlığı , suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktor əvəzi T.Yaqubova çıxış edərək məktəbimizin şagirdlərini , məktəbə ilk dəfə qədəm qoyan birinciləri və onların valideynlərini  məktəb kollektivi adından təbrik etdi. Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rövşən Əhmədov tədbirdə çıxış edərək müəllim, şagird və valideynlərimizi təbrik etdi, onlara xoş arzularını səsləndirdi. Daha sonra birincilərin ifasında maraqlı şeirlər, rəqs təqdim edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi