Mini futbol komandamız zona yarışının qalibi olmuşdur

   Ölkəmizdə uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin olunması məqsədilə AFFA və “Coca-Cola” şirkəti tərəfindən orta məktəblərin 7 və 9-cu sinif şagirdləri arasında “Coca-Cola Məktəbli kuboku” layihəsinin 2017-2018-ci il mövsümü keçirilir. Bu layihə respublikamızın bütün orta təhsil müəssisələrini və rayonlarını əhatə edir. 

   5 dekabr 2017-ci il tarixdən Xəzər rayon İcra Hakimiyyəti  və Xəzər rayon Gənclər İdman İdarəsi ilə birgə rayonun ümumtəhsil   məktəblərinin  7-ci sinif şagirdləri arasında da  “Coca-Cola Məktəbli Kuboku” adlı mini-futbol yarışlarının zona mərhələsinin keçirməsinə start verildi.

   Şüvəlan-Mərdəkan zonası üzrə yarışda iştirak edən məktəbimizin komandası yüksək nəticə göstərmişdir. Onlar qrupda keçirilən oyunlarda 183 nömrəli məktəbi 12-0, 181 nömrəli məktəbi 6-0, 123 nömrəli məktəbi 6-2 hesabı ilə məğlub edərək 8 komanda arasında 1-ci yerə layiq görülmüşdür. Zona yarışında qalib olan komandamız final mərhələsinə vəsiqə qazanmışdır. Növbəti turda komandamıza uğurlar arzu edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi