“Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı

   Məktəblilərin ekoloji maarifləndirmə əhatəsini genişləndirmək, onların ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək, onlara ekoloji tərbiyə və mədəniyyətin aşılanması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə birgə “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramını tərtib etmişdir.
   “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramının ideyası ətraf mühitinmühafizəsi sahəsində ölkədə həyata keçirilən geniş miqyaslı tədbirlərdə məktəblilərin fəal iştirakını təmin etmək, gələcək nəslin sağlam mühitdə böyüməsi, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin qorunmasının təmin olunması üçün illik tədbirlər planının hazırlanmasından ibarətdir. 
   Çoxunuz bizim məktəbdə yaşıl və mavi rəngli çeşidləmə qablarla yəqin ki, qarşılaşmısınız. Amma düzgün çeşidləməyi hamımız bilirikmi? Düzgün çeşidləmə yollarını gəlin birgə nəzərdən keçirək. Dostlarınızla da paylaşın və ya məlumatlanmasını istədiyiniz tanışlarınızı işarələyin. Təkrar emalı şəhərimizdə təşviq etmək üçün hər birinizin dəstəyinə ehtiyac var. Unutmayın, gündəlik həyatımızda etdiyimiz ən kiçik dəyişiklik belə ətraf mühit üçün böyük əhəmiyyət kəsb edir.
Həmçinin, unutmayın təkraremal nə qədər önəmlidirsə, təkraristifadə və tullantıların azaldılması da bir o qədər vacibdir. Çünki, təkrar istifadə edəcəyimiz halda, əşyanı təkraremal prosesinə göndərməyə ehtiyac qalmır. Bu isə tullantıları azaldaraq enerjiyə, resurslara və pula qənaət etməyə kömək edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi