Həyat bilgisi fənnindən "Səma nə üçün mavidir?" mövzusunda "Açıq dərs" keçirildi

   19 dekabr tarixində məktəbimizin ibtidai sinif müəllimi Gülnaz Həşimova 3d sinfində Həyat bilgisi fənnindən "Səma nə üçün mavidir?" mövzusunda "Açıq dərs" keçirdi. Sinif "Yaşıl", "Narıncı", "Mavi", "Qırmızı" adlı qruplara ayrılmışdı. İbtidai sinif müəllimi Gülnaz Həşimova müasir təlim metodlarından istifadə edərək mövzu ətrafında şagirdlərə məlumat verdi. Şagirdlər mövzuyla bağlı müzakirələr apararaq, təqdimatlar etdilər. Açıq dərsdə məktəbin direktoru Təhmasib Məmiyev və digər ibtidai sinif müəllimləri iştirak etdilər.

   Həyat bilgisi fənni şagirdlərdə ünsiyyət qurma və birlikdə çalışma kimi bacarıqların formalaşdırılmasında, onlarda mühakimə yürütmək, fikirlərini sərbəst ifadə etmək, öz hüquqlarını qorumaq kimi bacarıqların aşılanmasında mühüm rola malikdir. Müəllim tərəfindən İKT-nin imkanlarından istifadə edilməklə tərtib etdiyi dərs şagirdlərin və dərsi dinləyən müəllimlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi