Məktəbimiz “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsində 3-cülük qazanmışdır

Azərbaycan Respublikasında davamlı inkişaf şəraitində ekoloji təhsilin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı şəraitində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 13-15 dekabr 2017-ci il tarixlərində Bakı Biznes Mərkəzində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin yekun tədbiri keçirilib.

Müsabiqənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, səmərəli istifadəsi, bərpası və mühafizəsi üzrə məktəblilərin maarifləndirilməsindən ibarətdir.

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusundaməktəblilərin II Respublika müsabiqəsininfinal mərhələsində Azərbaycanın muxtəlif regionlarından 100-ə qədər şagirdil ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini,arıçılıq, tərəvəzçilik, gülçülük, meyvəçilik, meşə məhsulları,quşçuluq və heyvandarlıq nominasiyaları üzrə təcrübə işlərinin nəticələrini yekun sərgidə nümayiş etdiriblər.

Müsabiqədə Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəb də iştirak etmişdir.Həmin müsabiqədə  müəlliməmiz Mehriban Qafarovanın rəhbərliyi ilə Xa sinif  şagirdləri  Zeynallı Həcər, Əhmədli Zeynəb, Cəbrayılov Ramin, Abdullayeva Fatimə, Nəcəfli Könül, Sabutova Zeynəbdən ibarət komandamz iştirak etmiş və “Arıçılıq” nominasiyası üzrə monoflor balın alınması səbəbilə III yerə layiq görülmüşlər.Bu müsabiqə üzrə işlərə fevral ayından etibarən başlanılmışdır. Təcrübələr AMEA-nın Meyvəçilik,çayçılıq və subtropik bitkilər üzrə Abşeron təcrübə sahəsində (Binə qəsəbəsi)  aparılımışdır.

 Qeyd edək ki, müsabiqənin nəticələrinə görə İsmayıllı məktəbinin komandası I, Şabran-Gəncə məktəbinin komandası II , Bakı şəhər məktəbləri arasında yeganə olaraq bizim məktəbimiz III yerə layiq görülmüşdür

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi