21 saylı məktəbdə "Analar günü" mövzusunda tədbir keçirilmişdir

Martın 4-də E.Məmmədov adına 21 saylı tam orta məktəbdə Analar gün mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və İH əməkdaşları da iştirak etmişlər. Məktəbin ibtidai sinif müəllimi Lamiə Məmmədovanın təşkil etdiyi tədbirdə II sinif şagirdləri Analar gününə həsr olunmuş şeir nümunələri və mahnılar səsləndirmiş, rəqs nömrələri və səhnəciklər nümayiş etdirmişlər. Sonra tədbirdə qonaq qismində iştirak edən Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və məktəbin direktoru Ceyhun Bayramlı çıxış edərək məktəb kollektivinə, şagirdlərə və qadınlara öz ürək sözlərini söyləmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi