Məktəbimizin adını daşıdığı 20 Yanvar şəhidi Eldar Məmmədov 13 may 1966-cı ildə Bakı şəhərində anadan olub. 5 nömrəli çörək zavodunda fəhlə işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilib. Şəhidlər xiyabanında dəfn edilib. Şəhər Xalq Deputatları Soveti Rəyasət Heyətininn 13 dekabr 1993-cü il tarixli 21/205 saylı qərarı ilə 21 nömrəli tam orta məktəbə Eldar Məmmədovun adı verilib. Azərbaycan Prezidentinin 31 mart 1998-ci il tarixli fərmanı ilə Eldar Zeynal oğlu Məmmədov "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.