HAQQIMIZDA

E.Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsası 1953-cü ildə qoyulmuşdur. Fəaliyyətinin ilk illərində məktəb binasından fəhlələr üçün axşam məktəbi qismində istifadə olunmuşdur. 1958-ci ildən etibarən 21 nömrəli məktəb 7 illik təhsil verən tədris müəssisəsi kimi fəaliyyət göstərmiş, 1976-cı ildən isə 10 illik orta ümumtəhsil müəssisəsinə çevrilmişdir.

2012-2013-cü illərdə məktəbdə "Bakı şəhəri və Bakı ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı barədə Dövlət Proqramı" çərçivəsində əsaslı təmir və yenidənqurma işləri aparılmış, məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi ilə məktəbdə daha iki korpus və idman meydançası tikilərək istifadəyə verilmişdir.

Məktəb 20 yanvar şəhidi Eldar Məmmədovun adını daşıyır.

Məktəbdə 2019-2020-ci tədris ilində 45 sinif fəaliyyət göstərir ki, bunlardan 3-ü "Sağlam təhsil" sinfidir. 

Məktəbdə 1185 şagirdin təlim-tərbiyəsi ilə  79 nəfər müəllim məşğul olur.

21 nömrəli tam orta məktəbdə həmçinin 1 günü uzadılmış qrup, 3 məktəbəhazırlıq qrupu vardır.

Məktəbdə Pedaqoji Şura, metodşura, fənn metodbirləşmələri, kitabxana fəaliyyət göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi