Kiçik Akademiya

"Zəfər bayramı"na həsr olunmuş rəsm və əl işləri sərgisi keçirilib"Zəfər günü" ilə bağlı məktəbdə "Kiçik akademiya" üzvlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgi şagirdlərdə vətənə, torpağa məhəbbət hissi aşılamaq, hərbi-vətənpərvərlik ruhunun təbliği, istedadlı uşaqların aşkar edilməsi, həmçinin, Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad edilməsi məqsədilə keçirilib.

Ətraflı

"Şuşa ili" çərçivəsində "Kiçik akademiya" üzvlərinin təqdimatıOktyabrın 27-də məktəbdə rus dili müəllimi Sevinc İsmayılovanın təşkilatçılığı ilə tədbir keçirilib. "Şuşa ili"nə həsr olunmuş tədbirdə "Kiçik akademiya" üzvlərinin araşdırma və təqdimat işləri təqdim olunub. Şagirdlər rus dilində Şuşanın tarixi, işğaldan əvvəl və sonrakı dövrü, təbiəti, flora və faunası, tarixi şəxsiyyətləri haqqında öz araşdırmalarından ibarət təqdimatlarını nümayiş etdiriblər.

Ətraflı

"Kiçik akademiya"nın fəaliyyətiOktyabrın 20-də məktəbdə "Kiçik akademiya" işinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması məqsədilə tədbir keçirilib. Tədbiri məktəbin tarix müəllimi, "Kiçik akademiya"nın rəhbəri Leyla Məmmədova açaraq cari tədris ilində akademiyanın gördüyü işlərdən danışıb. Təşkilatın məqsəd və vəzifələrindən danışan Leyla Məmmədova  elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdlərin gələcək həyatında “Kiçik Akademiya”ların rolu və əhəmiyyətindən söz açıb. Görülən işlərlə bağlı slayd nümayiş etdirilib. Məktəbin direktoru Elza Bağırzadə çıxış edərək elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdlərin gələcək həyatında “Kiçik Akademiya”ların rolu və əhəmiyyətindən söz açıb.

Ətraflı

Məktəbdə "Kiçik akademiyalar"ın fəaliyyətinin gücləndirilməsi      Məktəbimizdə  “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi ilə bağlı işlər görülür. “Kiçik akademiya”ların təşkilində əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi və yaradıcı axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsidir. Bu məqsədlə məktəbdə müəlllimlərin və "Kiçik akademiya" üzvlərinin iştirakı ilə mütamadi olaraq  iclaslar keçirilir.

Ətraflı

MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN “KİÇİK AKADEMİYA”    Məktəbimizdə “Kiçik Akademiya” 2019-cu ilin fevral ayından fəaliyyətə başlayıb. İlk gündən əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məsələn, humanitar bölməsində Azərbaycan dili, mütaliə sevərlər, hərbi vətənpərvərlik, tarix kafedraları mövcuddur. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən, hər kafedranın öz aylıqları keçirilib. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunub. Məktəb kiçik akademiyanın tərkibi: Prezident-Məmmədova Lamiyə (10"A") I vitse-prezident -Əlizadə Hafizə (10"B") II vitse prezident- Əliyeva Zeynəb (10"B") III vitse prezident-Əsədov Nihad (10"B") Kafedra rəhbərləri: Azərbaycan dili kafedrası- Həsənli Humay(9"A") Riyaziyyat kafedrası- Səfərov Həsən (10"A") Hərbi vətənpərvərlik kafedrası-Əhmədov Oqtay(11"A") İnformatika kafedrası-Quliyeva Nərmin (11"B") Tarix kafedrası-Əzizli Mədinə (9"c") Coğrafiya kafedrası-Rəsulzadə Zəhra (9"B") Fizika kafedrası-Əkbərov Qoşqar (9"b") Kimya/biologiya kafedrası- Əsədov Nihad(9"B") Mütaliə sevənlər kafedrası-Nağdıyeva Röya (9"A") İngilis dili kafedrası-Nəbiyev Vüsal(10"C") Rus dili kafedrası- Murtuzayeva Selcan (10 "B") Musiqi kafedrası-Nizamov Fərrux (8"a") Təsviri incəsənət kafedrası-Zərifə (9"A") Fiziki tərbiyə kafedrası- Səid(9"A")

Ətraflı
HAQQIMIZDA

E.Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsası 1953-cü ildə qoyulmuşdur. Fəaliyyətinin ilk illərində məkt...

BİZİM FƏXRLƏRİMİZ

Həmid Şirinov Kamran

Şahab Cəfərov Orucəli oğlu

HAQQIMIZDA

E.Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsası 1953-cü ildə qoyulmuşdur. Fəaliyyətinin ilk illərində məkt...

BİZİM FƏXRLƏRİMİZ

Həmid Şirinov Kamran

Şahab Cəfərov Orucəli oğlu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi