"Şuşa ili" çərçivəsində "Kiçik akademiya" üzvlərinin təqdimatı
Oktyabrın 27-də məktəbdə rus dili müəllimi Sevinc İsmayılovanın təşkilatçılığı ilə tədbir keçirilib. "Şuşa ili"nə həsr olunmuş tədbirdə "Kiçik akademiya" üzvlərinin araşdırma və təqdimat işləri təqdim olunub. Şagirdlər rus dilində Şuşanın tarixi, işğaldan əvvəl və sonrakı dövrü, təbiəti, flora və faunası, tarixi şəxsiyyətləri haqqında öz araşdırmalarından ibarət təqdimatlarını nümayiş etdiriblər.