Müstəqilliyimiz əbədidir

27.05.2025-ci tarixində məktəbin tarix müəllimi Elza Dursunova milli müstəqilliyimizin əhəmiyyəti və dövlətçilik ənənələrimiz barədə ətraflı məlumat vermək məqsədilə "28 May – Müstəqillik Günü"nə həsr olunmuş maarifləndirici tədbir keçirib. Tədbirdə məktəbin 7"b", 4"e" və 3"c" sinif şagirdləri iştirak ediblər. Elza Dursunova çıxış edərək 1918-ci il 28 may tarixində elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və tarixi əhəmiyyəti barədə geniş məlumat verib. O, Cümhuriyyətin xalqımızın siyasi yaddaşında tutduğu mühüm yerdən, milli istiqlal uğrunda mübarizənin əhəmiyyətindən danışıb. Şagirdlər tədbirə xüsusi maraq göstərib, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər, hazırladıqları qısa çıxış və təqdimatlarla çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi