Fırçanın gücü ilə qəlblərə yol alan uğur

Mayın 12-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Suveren Azərbaycan-Heydər Əliyev ideyalarının zəfəridir” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə iştirak edən məktəbimizin 8"A" sinif şagirdi Nəzrin Yusifzadə rəsm sənəti sahəsindəki bacarığı ilə yenə də diqqət mərkəzinə düşüb. O, keçirilən rəsm müsabiqəsində uğurla iştirak edərək, 3-cü yerə layiq görülüb. Bu nailiyyəti ilə Nəzrin həm məktəbimizin, həm də müəllimlərinin fəxridir. Onun bu uğuru gənc istedadların inkişafına verilən dəyərin və əzmlə çalışmanın bariz nümunəsidir. Nəzrini təbrik edir, gələcək yaradıcılıq fəaliyyətində daha böyük uğurlar arzulayırıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi