Şagirdlərimiz STEAM aləmində maraqlı səyahətə çıxdılar

12.05.2025-ci il tarixində məktəbimizin bir qrup müəllim və şagirdləri elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrini əhatə edən STEAM festivalında tamaşaçı qismində iştirak ediblər. Tədbir zamanı iştirakçılar müxtəlif texnoloji yeniliklərlə tanış olmuş, interaktiv stendləri ziyarət etmiş və təqdim olunan layihələri izləyərək STEAM sahələrinin əhəmiyyəti haqqında daha geniş məlumat əldə etmişlər. Şagirdlər yaradıcılıq və təxəyyüllərini inkişaf etdirməyə imkan verən müxtəlif fəaliyyətlərdə fəal iştirak etmişlər.