Fəxri şagirdimiz

Məktəbimizin istedadlı şagirdlərindən biri-10 "B" sinif şagirdi Əli Mayılzadə Türkiyənin Antalya şəhərində keçirilən WAKO Dünya Kubokunda möhtəşəm uğura imza ataraq 2 qat Dünya kubokunun sahibi olub. Yüksək peşəkarlıq və əzmkarlıqla yarışan şagirdimiz bir neçə güclü rəqibi məğlub edərək həm öz kateqoriyasında, həm də ümumi çempionatda birinciliyi qazanıb. Biz onunla qürur duyuruq və gələcək yarışlarda da daha böyük zəfərlər qazanacağına inanırıq. Qalibimizi təbrik edir, ona yeni uğurlar arzulayırıq!#bakıməktəbləri #mütda