"Ailə və məktəb – Birlikdə Gələcəyə" adlı Breyn-rinq yarışı

22 may 2025-ci il tarixində məktəbimizdə "Ailəm və məktəb" layihəsi çərçivəsində maraqlı və maarifləndirici bir tədbir keçirilib. Məktəbin psixoloqları Gülnar Həmidova və Şəfəq Ələkbərovanın təşkilatçılığı ilə baş tutan "Ailə və məktəb – Birlikdə Gələcəyə" adlı Breyn-rinq yarışında VI, VII və VIII sinif şagirdlərinin valideynləri fəal iştirak ediblər. Yarışın əsas məqsədi ailə və məktəb arasında əməkdaşlığın gücləndirilməsi, valideynlərin məktəb həyatına daha yaxından cəlb olunması və təhsilin birgə məsuliyyət olduğunu vurğulamaq olub. Breyn-rinq formatında təşkil olunan tədbirdə iştirakçılar müxtəlif sahələri əhatə edən suallara cavab verərək biliklərini sınayıblar, eyni zamanda komanda şəklində işləmək bacarıqlarını nümayiş etdiriblər. Tədbir maraqlı və dinamik atmosferdə keçib, valideynlər arasında həmrəylik və əməkdaşlıq ruhu güclənib. Sonda fəal iştirak edən komandalar məktəb rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif olunublar. #bakıməktəbləri #mütda