Məktəbdə pedaqoji şuranın növbədənkənar iclası keçirilib

Mayın 26-da məktəbdə pedaqoji şuranın növbəti iclası keçirilib. İclasda məktəb rəhbərliyi, müəllimlər və XI sinif valideynləri iştirak edib. Direktor Elgün Əliyev çıxış edərək iclas iştirakçılarına Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Son zəng” tədbirinin təşkili ilə bağlı göndərdiyi yeni təlimatları çatdırıb. Direktor bildirib ki, “Son zəng” tədbirinin təşkili sahəsində əlavə tənzimləyici tədbirlərin görülməsi zəruri hesab olunur. Bu məqsədlə “Son zəng” tədbirinin təşkili qaydaları haqqında göndərilən məktuba əlavə olaraq bəzi məsələlərə ciddi şəkildə riayət olunması tələb olunur.#MÜTDA #bakıməktəbləri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi