21 saylı məktəbdə Mülki Müdafiə və Fövqəladə Halların qarşısının alınmasına dair maarifləndirici tədbir keçirilmişdir

3 mart 2016-cı il tarixdə E.Məmmədov adına 21 saylı tam orta məktəbdə Mülki Müdafiə və Fövqəladə hallar zamanı görülən tədbirlər barəsində yuxarı sinif şagirdləri arasında maarifləndirici tədbir keçirilmişdir. Tədbirin aparıcısı məktəbin direktoru Ceyhun Bayramlı şagirdlərə fövqəladə hallar, bu halların qarşısının alınması və baş verən hadisələr zamanı atılması zəruri olan profilaktik tədbirlər barədə ətraflı məlumat vermiş, Mülki Müdafiənin təşkilinin cəmiyyətin prioritet vəzifələrindən biri olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Məktəbin GÇH müəllimi və hərbi rəhbəri Cəfər Mehdiyev şagirdlərə Mülki Müdafiə ilə bağlı məlumat vermiş, şagirdlərə müxtəlif hadisələr zamanı istifadə olunan avadanlıq və ləvazimatı nümayiş etdirərək onlardan istifadə qaydalarını izah etmişdir. Sonra Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Hallar zamanı görülməli tədbirlərlə bağlı maarifləndirici xarakter daşıyan video-süjetləri nümayiş olunmuşdur. Tədbirin sonunda məktəbin rəhbərliyi və Mülki Müdafiə qərərgah rəisi şagirdləri maraqlandıran suallara cavablar vermişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi