Ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin güclənməsi

        Mayın 8-də məktəbdə Bakı Şəhər Təhsil İdarəsinin F-90 nömrəli əmrinin 1.1.6.-cı bəndinə əsasən hərbi rəhbər Cəfər Mehdiyevin təşkilatçılığı ilə "Ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin güclənməsi" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçılarını salamlayan aparıcılar mövzu ilə bağlı olaraq ətraflı məlumat veriblər. Cıxış edən şagirdlər həmin gün Şuşa şəhərinin işğal günü olduğunu xüsusi vurğulayıblar. Şagirdlərin ifasında Vətənə, yurda, vətən uğrunda canlarından keçmiş oğullarımıza həsr olunmuş şeirlər səsləndirilib.  7"A" şagirdi Xədicə Baxşəliyevanın ifasında "Azərbaycan" mahnısı iştirakçıların rəğbətinə səbəb olub. Tədbirdə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr edilmiş film nümayiş etdirilib. Şagirdlər ulu öndərə həsr olunmuş şeirlər və mahnılar ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi